525.Az

Çəkisi 2 kiloqram olan limon


 

Çəkisi 2 kiloqram olan limon <b style="color:red"></b>

Tovuzda Hindistan növü limon yetişdirilir.

525.az-ın Region TV-yə istinadən xəbərinə görə, bu ağac 150 kiloqramadək məhsul verir. Meyvəsinin 1 ədədinin çəkisi isə 1-2 kiloqramdır.

Görünüşünə görə cənub zonasında yetişdirilən subtropik bitkidən fərqlənən bu limonu Tovuzun Əyyublu kəndində becərirlər. Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan alıb. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır.

C.Sadıqov becərdiyi limonun faydasından bəhs edib:

"Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm".

İstixana şəraitində yetişdirilən subtropik bitki insanların marağına səbəb olub. Kimisi ağacın tingini, kimisi də meyvəsini əldə etmək üçün Əyyublu sakinin həyətinə üz tutur.

Limonun qiyməti isə ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.

 





15.01.2016    çap et  çap et