525.Az

"Silahlı Qüvvələrimiz itki verməyib"


 

"Silahlı Qüvvələrimiz itki verməyib"<b style="color:red"></b> “Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar”.
 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
Qeyd olunub ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır:
 
“Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.
 





15.01.2016    çap et  çap et