525.Az

Sloveniyada Azərbaycanla bağlı iki mühüm qərar - Fotolar


 

Sloveniyada Azərbaycanla bağlı iki mühüm qərar - <b style="color:red">Fotolar</b>

Sloveniyanın paytaxtı Lyublyana şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin və əfsanəvi partizan və qəhrəman Mehdi Hüseynzadənin abidələrinin ucaldılması ilə bağlı iki mühüm qərar qəbul olunub.

Bununla bağlı məlumatı Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevlə görüşü zamanı Lyublyana şəhərinin meri Zoran Yankoviç verib.Son illər Azərbaycanla Sloveniya arasında iqtisadi,siyasi ,elmi ,mədəni əlaqələrin durmadan inkişaf etdiyini vurğulayan şəhər meri ,2013-cü ildə Azərbaycana səfər etdiyini və  ölkəmizdə aparılan sosial , qlobal iqtisadi  layihələrlə yaxından tanış olduğunu vurğulayıb.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ,xalqımızın bütün çətinliklərə sinə gərərək öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini vurğulayan Zoran Yankoviç dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin qürurverici hal olduğunu bildirib.

O,Azərbaycana səfəri çərçivəsində Bakı ilə Sloveniya arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalandığını, xüsusən də prezident İlham Əliyevin Sloveniyalı  qonaqları qəbul edərək onlara  son dərəcə  isti və doğma münasibət bəsləməsini xoş xatirələrlə yad edib.

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin və əfsanəvi partizan Mehdi Hüseynzadənin abidələrinin ucaldılması ilə bağlı Lyublyana şəhər şurasının qəbul etdiyi qərarı müvəqqəti  işlər vəkili Azər Xudiyevə təqdim edib.

Sloveniyada ilk dəfə olaraq Azərbaycanın dahi şəxsiyyətlərinin abidələrinin ucaldılması haqqında çıxarılan qərara görə şəhər merinə minnətdarlığını bildirən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev bu il Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü münasibəti ilə bir sıra silsilə tədbirlərin  həyata keçiriləcəyini vurğulayıb.

Lyublyana şəhər meriyasının belə bir ərəfədə çıxardığı qərarın ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib.

Görüş zamanı bildirilib ki, hər iki abidənin açılışı bu ilin may-iyun aylarına planlaşdırılır. layihəyə əsasən  Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin əsərlərini özündə əks etdirən  elektron lövhənin quraşdırılması da nəzərdə tutulub.
 
Görüşdə iştirak edən Ukraynanın xalq rəssamı,tanınmış memar və heykəltaraş Seyfəddin Qurbanov meriyanın memarlarını hazırladığı hər iki abidənin ilkin  eskizləri ilə tanış edib.Azərbaycanın və Sloveniyanın  milli memarlıq üslubları nəzərə alinaraq tanımış heykəltaraşın təqdim etdiyi 5 eskiz variantından 2-si yerli memarlar tərəfindən bəyənilib və qəbul olunub.

Onu da qeyd edək ki, Ukraynanın xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov Ukraynanın müxtəlif vilayət və şəhərlərində xeyli sayda heykəl və memarlıq abidələrinin müəllifidir.

 





15.01.2016    çap et  çap et