525.Az
Eldar Sabiroğlunun oğlu barəsində cinayət işinin başlandığı təsdiqləndi
Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işinin başlandığını təsdiqləyib.
APA-nın məlumatına görə, K. Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, R. Səfərovla bağlı idarəyə müxtəlif müraciətlər daxil olub.
Daxil olan müraciətlər əsasında R. Səfərov barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
15.01.2016
çap et