525.Az

BDU əməkdaşlarının maaşı artırıldı


 

BDU əməkdaşlarının maaşı artırıldı<b style="color:red"></b> Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
 

BDU-dan 525.az-a verilən məlumata görə, bütün əməkdaşların əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb.
 
Bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb.

Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq  ayda 100 manat artırılması barədə də qərar qəbul edilib.
 
Qeyd olunub ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilib.

Cavid QƏDİR
 





15.01.2016    çap et  çap et