525.Az

​“Günəşli”dəki qaz quyularından birində yanğın söndürüldü


 

​“Günəşli”dəki qaz quyularından birində yanğın söndürüldü<b style="color:red"></b>

“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 525.az-a verilən məlumata görə, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində FHN aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularından birində yanğını söndürmək mümkün olub.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

 





15.01.2016    çap et  çap et