525.Az

Azərbaycanın ən gənc naziri


 

Azərbaycanın ən gənc naziri<b style="color:red"></b>

Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib.

Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

R. Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

O, hazırda Azərbaycanın ən gənc naziridir.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ramin Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Cavid QƏDİR

 





15.01.2016    çap et  çap et