525.Az

Nazirliklərdən birinin adı dəyişdirildi, nazir vəzifəsinə təyinat oldu


 

Nazirliklərdən birinin adı dəyişdirildi, <b style="color:red">nazir vəzifəsinə təyinat oldu</b>

Prezident İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sənədə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin edilib.

 





15.01.2016    çap et  çap et