525.Az

“Donuz qripi” ilə əlaqədar daha iki xəstəxanada əlavə palatalar yaradılıb


 

“Donuz qripi” ilə əlaqədar daha iki xəstəxanada əlavə palatalar yaradılıb<b style="color:red"></b> Azərbaycanda “donuz qripi” ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.
 
Onun sözlərinə görə, Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.
 
Onu da qeyd edək ki, “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib.
 





15.01.2016    çap et  çap et