525.Az

Eldar Sabiroğlunun oğlu həbs edildi


 

Eldar Sabiroğlunun oğlu həbs edildi<b style="color:red"></b> Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildiriblər ki, Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.
 
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 





15.01.2016    çap et  çap et