525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- Məşhur türkoloq, uzun müddətdir Türkiyədə yaşayan və yaradıcılıqdan uzaqlaşan Kamil Vəli Nərimanoğlunun yazdığı "Şəbi-yelda"da yarım əsrdən çox vaxt keçəndən sonra ilin ən uzun gecəsinin doğurduğu xatirələr fonunda yenidən yaddaşında canlanan sevimli qız və istəkli müəllim obrazları nələri xatırladır?

- "Xalqla dövlətin sarsılmaz birliyi" - politoloq Emin Həsənli ölkə gündəmini şərh edir;

- "Böhrandan xilasın Azərbaycan modeli" - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin təhlili;

- AŞ PA-da Ermənistana qarşı qətnamələr qəbul olunacaqmı? - politoloqlar danışır;

- "Şahmat dünyası və ilahə Kaissanın kahinləri" - Siyasi xadim və yazıçı Telman Orucov bu qədim Şərq oyununun tarixindən söhbət açır;

- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;

- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;

- “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - Bədirxan Əhmədli Əli bəy Hüseynzadə irsindən silsilə araşdırmaları davam etdirir;

- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;

- "Adım yaddaşlardan silinməyəcək" - Nasir-publisist Mustafa Çəmənli mərhum Xalq şairi Zəlimxan Yaqubdan söz açır;

- Qulu Ağsəs: "Fəxri ad almağım gözlənilməz oldu;

- Son dövrdə türk ədəbiyyatı özünə qayıtmaqdadır" - Özgə Səna Bilgəç Çavın Ayişə Nəbi ilə söhbəti;

- Pedaqoji Universitetin Cəlilabad filialının yaradıcı tələbələrinin yazıları;

- "Şeirin əfsunu" - Yusif Nəğməkarın 60 yaşına - Bəstəkar Razim Paşayev yazır;

- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

 





16.01.2016    çap et  çap et