525.Az

Fransada suriyalı qaçqın lotereyada 1 milyon avro udub


 

Fransada suriyalı qaçqın lotereyada 1 milyon avro udub<b style="color:red"></b> Paris ətrafında məskunlaşmış suriyalı qaçqın 10 avroya aldığı lotereya bileti ilə 1 milyon avro məbləğində uduş əldə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uduş əldə edən 30 yaşlı miqrant artıq Parisdə özünə mənzil alıb və restoran açmağı planlaşdırır.

Bundan başqa, o digər ailə üzvlərini Parisə gətirməyi planlaşdırır.  
 
Məlumata görə, uduş əldə edən miqrant 2011-ci ildə, Suriyada müharibə başlayan zaman Fransaya köçüb. 
 





17.01.2016    çap et  çap et