525.Az

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb


 

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb<b style="color:red"></b> İstanbulda proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları”nın yanvarın 17-nə nəzərdə tutulan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.
 
APA-nın xəbərinə görə,  “Türk Hava Yolları”nın rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə  planlaşdırılan aviareyslər təxirə salınıb.
 
Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar İstanbulda onlarla aviareys təxirə salınıb.
 





17.01.2016    çap et  çap et