525.Az

"Nağdsız ödənişlərdə vergi güzəştləri tətbiq edilməlidir"


 

"Nağdsız ödənişlərdə vergi güzəştləri tətbiq edilməlidir"<b style="color:red"></b>

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə vergi güzəştləri tətbiq edilməlidir.
 
"Report" xəbər verir ki, bunu bu gün Bakıda “Vergi sistemində inkişaf və əməletmə” mövzusunda keçirilən 5-ci illik Vergi Konfransında çıxış edən "Deloitte" audit şirkətinin Azərbaycanda idarəedici partnyoru Nuran Kərimov deyib.

N.Kərimovun sözlərinə görə, avtomobil ticarəti məcburi qaydada kartla alınıb-satılmalıdır: "Hesab edirəm ki, kartla alqı-satqını təşviq etmək üçün güzəştlər edilməlidir. Məsələn, kartla alqı-satqıda ƏDV-yə fərqli faiz tətbiq edilə bilər".

"Həmçinin, avtomobil alış-satışı zamanı da məcburi şəkildə kart sistemi tətbiq edilməldir. Bütün dünyada bu belədir, bizdə də tətbiqi yaxşı olardı", - deyə "Deloitte" təmsilçisi qeyd edib.

 





18.01.2016    çap et  çap et