525.Az

Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərə hazırlaşır


 

Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərə hazırlaşır<b style="color:red"></b>

Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərin hazırlığına başlayıblar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yanvarın 18-də Türkiyənin Konya şəhərində "TurAz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası başlayıb. İclas yanvarın 20-dək davam edəcək. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bundan başqa, yanvarın 18-dən 22-dək Belçikanın Brüssel şəhərində ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Böyük Britaniyanın Şrivenhəm şəhərində hərbi ingilis dili təməl kursu keçirilir. Bu tədbirlərdə də Azərbaycan ordusunun təmsilçiləri iştirak edir.

 





18.01.2016    çap et  çap et