525.Az

TRT Şəhidlər Xiyabanından canlı yayım nümayiş etdirəcək


 

TRT Şəhidlər Xiyabanından canlı yayım nümayiş etdirəcək<b style="color:red"></b>

TRT Bakı Təmsilçiliyi ənənəsinə sadiq qalaraq 20 Yanvar faciəsinin 26-cı ildönümünü TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.
 
525.az-a daxil olan məlumata görə,  AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü Şəhidlər Xiyabanından canlı yayımlayacaq.
 
Efirdə o gecənin şahidləri ilə yanaşı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsi Beynəlxalq əlaqələr kafedrasinin müəllimi  Nazim Cəfərsoy  və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.

“TRT Avaz”  20 Yanvar ümumxalq hüzün gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. Eləcə də “TRT Haber” və “TRT Türk” kanallarında da müxtəlif proqramlar Ümumxalq Hüzn gününə həsr olunacaq.

 





18.01.2016    çap et  çap et