525.Az

Vəkil Rüfət Səfərovla görüşdü


 

Vəkil Rüfət Səfərovla görüşdü<b style="color:red"></b> Vəkil Bəhruz Bayramov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla görüşüb.
 
Bu barədə APA-ya məlumat verən Bəhruz Bayramov bildirib ki, onun saxlanma şəraitindən şikayəti yoxdur:

“Rüfət Səfərov yüksək təzyiqdən əziyyət çəkir. Buna görə dərman qəbul edir. İttiham üzrə özünü təqsirli bilmir”.
 
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
 





18.01.2016    çap et  çap et