525.Az

"Lazımsız dövlət qurumları ləğv olunmalıdır"


 

"Lazımsız dövlət qurumları ləğv olunmalıdır"<b style="color:red"></b> “Struktur islahatları ilə bağlı artıq müəyyən addımlar atılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.
 
Dövlət başçısı bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verilib, təkliflər hazırlanıb:
 
“Bu sahədə qanunvericilik bazası hazırlanmalıdır və Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq”.
 
Prezident İlham Əliyev Bundan əlavə, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
 





18.01.2016    çap et  çap et