525.Az

Prezidentdən tikinti sahəsində bürokratiyanın aradan qaldırılması barədə tapşırıq


 

Prezidentdən tikinti sahəsində bürokratiyanın aradan qaldırılması barədə tapşırıq <b style="color:red"></b> “Qeyri-neft sektorunun inkişafının prioritet olması vacibdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.

O bildirib ki, bu il İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 250 milyon manat güzəştli kredit verəcək:

“Sahibkarların öz maliyyə resurslarını da nəzərə alsaq, o zaman regionlara qoyulan investisiyanın həcmi təxminən 1 milyard manata yaxın olacaq”.
 
Prezident İlham Əliyev iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şərait yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması üçün ciddi tapşırıqlar verib.

Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb:
 
“Son 10 ildə Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkədir. Bunu bütün beynəlxalq və maliyyə qurumları təsdiq edib. Əminəm ki, bu il ərzində də Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq”.
 





18.01.2016    çap et  çap et