525.Az

Güclü külək Qubanın bir hissəsini işıqsız qoydu


 

Güclü külək Qubanın bir hissəsini işıqsız qoydu<b style="color:red"></b> Ötən gün axşam saatlarından başlayaraq, davam edən güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən böyük ziyan rayonun elektrik təsərrüfatına dəyib.

Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişi dayandırılıb.
 
O bildirib ki, dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.
 





19.01.2016    çap et  çap et