525.Az

Məşhur fransız yazıçı öldü


 

Məşhur fransız yazıçı öldü<b style="color:red"></b> Məşhur fransız yazıçı Mişel Turnye 92 yaşında vəfat edib.
 
APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.
 
Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.
 
Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, “Radio France” və  “Europe 1”-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.
 
M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur “Meşə hökmdarı” əsəri isə Qonkur mükafatına layiq görülüb.
 





19.01.2016    çap et  çap et