525.Az

İmdat Avşar İLESAM-ın mükafatına layiq görülüb


 

İmdat Avşar İLESAM-ın mükafatına layiq görülüb<b style="color:red"></b>

Türkiyənin məhşur İLESAM təşkilatı (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) 2012-ci ilin yekununa dair beş kateqoriya üzrə bir sıra mükafatlar təsis edib. Müxtəlif  nominasiyalar üzrə təsis edilən 35 mükafat sahiblərinə təqdim olunub. Tanınmış  yazıçı, Azərbaycan ədəbiyyatının dostu və təbliğçisi İmdat Avşar “Bəngü” nəşriyyatında çap olunan “Soyuq röya” hekayələr kitabına görə seçilərək yüksək mükafata layiq görülüb.

Qeyd edək ki, İmdat Avşar mütəmadi olaraq Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə çevirir. Sonuncu dəfə  isə M.F.Axundzadənin əsərlərini tərcümə edib. Ötən il isə İmdat Avşarın Bakıda  hekayələr kitabı işıq üzü görüb.

Dəyərli qələm dostumuz İmdat Avşarı yeni uğuru ilə əlaqədar təbrik edirik.

GÜNEL

 





24.01.2013    çap et  çap et