525.Az

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü baş tutmaya bilər


 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü baş tutmaya bilər<b style="color:red"></b>

Edvard Nalbandyan: “Görüş zərurət yaranarsa keçiriləcək”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yanvarın 28-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini təsdiqləyib. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Nalbandyan bu qərarını İrəvanda ötən ilin yekunlarına həsr olunmuş toplantıda açıqlayıb. O bildirib ki, həmsədrlərlə görüşdən sonra əgər zərurət yaranarsa, o zaman Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
 
Qeyd edək ki, yanvarın 29-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Lakin görüşün hansı formatda keçiriləcəyi hələlik məlum deyil. Nalbandyan görüşün yalnız zərurət yaranacağı təqdirdə keçirilə biləcəyinə deyib.

 





24.01.2013    çap et  çap et