525.Az

DİN-dən açıqlama


 

DİN-dən açıqlama<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Rəfiqə Ağayevanın küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
 
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş Şahbaz Xəlfəyev, arvadı Şəhla və oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.
 





19.01.2016    çap et  çap et