525.Az

QHT Şurası 337 min manat vəsaiti dövlət büdcəsinə qaytarıb


 

QHT Şurası 337 min manat vəsaiti dövlət büdcəsinə qaytarıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il ərzində elan etdiyi maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 513 layihəsinə 4 milyon 750 min 644 manat, 7 xarici quruma isə 504 min 670 manat vəsait ayırıb.

APA-nın məlumatına görə, bunu Şuranın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında Şura sədri Azay Quliyev bildirib.
 
A. Quliyev deyib ki, reallaşdırılan layihələr üzrə 847 nəfər əməkhaqqı alıb.  O qeyd edib ki, QHT-lərin fəaliyyətində bir sıra qüsurlar da qeydə alınıb:

“Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. Bütövlükdə Şura qənaət edilmiş 337 min 431 min manat vəsaitin ilin sonunda dövlət büdcəsinə qaytarılması barədə qərar qəbul edib”.

 





19.01.2016    çap et  çap et