525.Az
"Təmiz Şəhər"də 20 Yanvar şəhidləri anılıb
“Təmiz Şəhər” ASC-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. Qurumun rəhbərliyi və əməkdaşları qanlı hadisə şəhidlərini anıblar.
“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, bir dəqiqəlik sükutla faciə qurbanları anıldıqdan sonra “Təmiz Şəhər”in idarə heyətinin sədri Zakir İbrahimov çıxış edib. O, günün tarixi əhəmiyyəti barədə danışaraq bugünkü müstəqilliyimizdə 20 yanvar tarixinin mühüm yeri olduğunu bildirib.
Z. İbrahimov Azərbaycan xalqının 26 ildir ki, hörmətlə andığı şəhidləri heç vaxt unudulmayacağını söyləyib. Cəmiyyət sədri bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyevin öz münasibətini bildirdiyini xatırladıb.
Z. İbrahimov bildirib ki, ulu öndər 20 Yanvar gününün səhərisi artıq Moskvada çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu deyib.
Qurumun rəhbəri bildirib ki, ölkə prezidenti İlham Əliyevin bu qürurlu tarixin unudulmaması, gənc nəsillərə öyrədilməsi üçün hər il hadisənin ildönümünün keçirilməsi ilə bağlı sərəncam imzalayır və özü şəxsən anım tədbirlərində iştirak edir.
Sonra 20 Yanvarla bağlı film nümayiş olunub və “Təmiz Şəhər”in rəhbərliyi və əməkdaşları birlikdə bu filmə baxıb, həm film, həm hadisə barədə öz fikirlərini bölüşüblər.
19.01.2016
çap et