525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti faciə qurbanlarını andı


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti faciə qurbanlarını andı<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Dövlət Xidmətinin mətbuat xidmətindən “525”ə verilən xəbərə görə, öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xidmət rəisinin birinci müavini general mayor Zaur Abdullayev çıxış edərək, 20 Yanvarın tariximizə qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğulayıb.

Tədbirdə iştirak edən çoxlarının bu hadisələrin şahidi olduğunu deyən Zaur Abdullayev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.

Xidmət rəisinin birinci müavini qeyd edib ki, 20 Yanvar hadisələrinə hüquqi qiymətin verilməsi də məhz ümummilli lider Heydər Əliyevin sayəsində baş tutub. 

Anım mərasimi 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvar” filminin nümayişi ilə davam etdirilib.

 





19.01.2016    çap et  çap et