525.Az

Müharibə əlillərinin prezident təqaüdləri artırılıb


 

Müharibə əlillərinin prezident təqaüdləri artırılıb<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi fərman imzalayıb.

APA-nın məlumatına görə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
 
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanın 1-ci hissəsinin birinci-üçüncü bəndləri isə aşağıdakı redaksiyada verilib:
 
I qrup əlillərə –  165 manat
II qrup əlillərə –  143 manat
III qrup əlillərə – 110 manat.
 
Həmçinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr  tarixli fərmanda dəyişiklik edilməsi barədə” prezidentin 2014-cü il 17 mart tarixli fərmanının 1-ci hissəsi ləğv edilib.
 





19.01.2016    çap et  çap et