525.Az

Turizm Universitetində 20 Yanvar faciəsi yad edilib


 

Turizm Universitetində 20 Yanvar faciəsi yad edilib<b style="color:red"></b>

Dünən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Şəhidlik və Şərəf tariximizin 20 Yanvar zirvəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə ali təhsil ocağının rektoru professor Cəfər Cəfərov bildirib ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi təkcə Azərbaycanda deyil, dünyanın hər guşəsində ehtiramla yad edilir.

Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 20 Yanvar faciəsinin baş vermə səbəbləri, o cümlədən, Sovet rəhbərliyi tərəfindən yanvarın işğal üçün məqsədəuyğun ay kimi seçilməsi faktını detallı şərh edib. O, 100 cildlik istintaq materiallarının 69 cildinin Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmadığını deyib.

Rektor professor Cəfər Cəfərov anım mərasiminin sonunda "nə yaxşı ki, vətənimizin istiqlalı və torpaq uğrunda canından keçən oğul və qızlarımız , dəyişən nəsillərə örnək olan vətənpərvərlik məktəbimiz var. Unutmayaq ki,tarix olub keçənlər deyil,ondan ibrət götürmək üçündür" - deyib.

Vəfa MƏMMƏDLİ

 





20.01.2016    çap et  çap et