525.Az

"20 Yanvar hadisələri həm faciə, həm də qəhrəmanlıqdır"


 

"20 Yanvar hadisələri həm faciə, həm də qəhrəmanlıqdır"<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

ADPU-nun rektoru Yusif Məmmədov anım mərasimini giriş sözü ilə açaraq bildirib ki, faciənin törədilməsi səbəblərindən ətraflı danışıb.

Rektor 20 Yanvar faciəsinə verilən hüquqi-siyasi qiymətə xüsusi toxunub. O qeyd edib ki, ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Azərbaycanın o vaxtkı riyakar və ikiüzlü rəhbərliyindən fərqli olaraq, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirib. Belə ki, hələ 1990-cı il noyabr ayının 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi 20 Yanvarın Milli Matəm günü kimi qeyd olunması haqqında qərar qəbul edib.

Rektor Y.Məmmədov çıxışının sonunda bildirib ki, XX əsr xalqımızın tarixinə həm qanlı fəlakət və faciələrlə, eyni zamanda həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olub: "Biz 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndiririk".

Anım mərasimində 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib, ADPU-nun dosenti, tanınmış şair, Əməkdar müəllim Oqtay Rza faciəyə həsr etdiyi şeirini oxuyub, həmçinin Filologiya fakültəsi tələbələrinin ədəbi-bədii kompozisiyası təqdim edilib.

 





20.01.2016    çap et  çap et