525.Az

Şahin Mustafayev Saatlıda qəbul keçirəcək


 

Şahin Mustafayev Saatlıda qəbul keçirəcək<b style="color:red"></b>

Yanvarın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Saatlıda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Gənclər Mərkəzində (Ünvan: Saatlı şəhəri, H.Əliyev Meydanı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı, 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 





21.01.2016    çap et  çap et