525.Az

İlham Əliyev “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb


 

İlham Əliyev “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
 
APA-nın məlumatına görə, görüşdə qeyd olunub ki,  “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır.
 
“LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.
 
Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
 





21.01.2016    çap et  çap et