525.Az

Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə bir arada


 

Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə bir arada<b style="color:red"></b> Yanvarın 20-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
 
APA-nın məlumatına görə, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
 
Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.
 





21.01.2016    çap et  çap et