Bu gün Şamaxıda keçirilən böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı tədbirdə Qazaxıstan şairi Kopen Amirbəyov Azərbaycan dilində çıxış edib.
525.az-ın məlumatına görə, çıxışının sonunda o, Qazaxıstanın milli geyimini Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirliyə hədiyyə edib.
G.Tahirli qazax geyimi və papağında çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
çap et