525.Az

Ermənistan Silahlı Qüvvələrinin itkiləri açıqlanıb


 

Ermənistan Silahlı Qüvvələrinin itkiləri açıqlanıb<b style="color:red"></b> “Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır”.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilib.
 
Məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
 
Qeyd olunub ki, yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
 





21.01.2016    çap et  çap et