525.Az
BP "Bakı-Supsa" kəmərinə 150 milyon dollar yatıracaq
Böyük Britaniyanın BP şirkəti Azərbaycandan Gürcüstana neft nəql edən Bakı-Supsa kəmərinin bəzi hissələrinin yenidən qurulmasına 150 mln. ABŞ dolları yatıracaq.
Bu barədə "APA-Economics" "Business Recorder" agentliyinə istinadən xəbər verir.
Agentlik bildirir ki, bu məsələ İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda BP-nin baş icraçı direktoru Bob Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüşdə müzakirə olunub.
21.01.2016
çap et