525.Az

AZAL ötən il 1,8 milyon sərnişinə xidmət edib


 

AZAL ötən il 1,8 milyon sərnişinə xidmət edib<b style="color:red"></b> Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1,8 mln. sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə 1,8% çoxdur.
 
Daşımaların 99,5%-i dövlət (“Azərbaycan Hava Yolları” QSC, AZAL), 0,5%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
 
Yükdaşımalara gəlincə, bu nəqliyyat növü ilə yükdaşıma 3,3% artaraq 127,9 min tona çatıb.
 





21.01.2016    çap et  çap et