525.Az

BDU-da alt qruplarda ödəniş ləğv edildi


 

BDU-da alt qruplarda ödəniş ləğv edildi<b style="color:red"></b> Bakı Dövlət Universitetinin (BDU) alt qruplarında təhsil alan tələbələr ödənişlərdən azad olunub.
 
Universitetdən 525.az-a verilən məlumata görə, bu qərar BDU Elmi Şurasının yanvarın 21-də keçirilən iclasında qəbul olunub.
 
İclasda 2016-cı ilin fevral ayından alt qruplarda (yay məktəbi istisna olmaqla) təhsil alan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.

Müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin bütün qu­rumların daha da səmərəli işləmə­si, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər.
 





21.01.2016    çap et  çap et