525.Az

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-da keçirilən görüşdə


 

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-da keçirilən görüşdə<b style="color:red"></b>

Yanvarın 21-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

 





21.01.2016    çap et  çap et