525.Az

Ali Məhkəmənin növbəti Plenumu işə başladı


 

Ali Məhkəmənin növbəti Plenumu işə başladı<b style="color:red"></b>

Yanvarın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev əvvəlcə Plenumun gündəliyini elan edib.

R.Rzayev qeyd edib ki, ötən il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, həmçinin Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb.

Eyni zamanda, əvvəlki illərlə müqayisədə ötən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar tikilib istifadəyə verilib.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2015-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib.

Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzələrlə çıxış edən kollegiya sədrləri 2015-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyişlərin olduğunu diqqətə çatdırıblar.

Ali Məhkəmənin bütün kollegiyalarında – mülki, inzibati–iqtisadi, cinayət və hərbi kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.

Məlumat verilib ki, Ali Məhkəmənin Plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar çıxarılıb.

 





22.01.2016    çap et  çap et