525.Az

"Qaçaq qocalar" Türkiyəyə gedəcək


 

"Qaçaq qocalar" Türkiyəyə gedəcək<b style="color:red"></b>

Azərbaycan Teatr Xadimləri İttifaqının "Rejissor laboratoriyası"nda hazırlanmış Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşası Türkiyədə nümayiş olunacaq.

Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, səhnə əsəri yanvarın 23-dən fevralın 1-dək Bursa şəhərində keçiriləcək "Teatr günləri"ndə və Antalya Böyükşəhər Teatrının təşkil etdiyi "Qonaq teatr" layihəsində iştirak edəcək.

Yaradıcı heyətin rəhbəri Xalq artisti, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədr müavini Hacı İsmayılov, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nofəl Vəliyevdir. Rolları Məsumə Babayeva, Kərəm Hadızadə və Bəhruz Əhmədli oynayacaqlar.

 





22.01.2016    çap et  çap et