525.Az

Dilçilik İnstitutunda yeni təyinat


 

Dilçilik İnstitutunda yeni təyinat <b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.
 
İnstitutun mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, iclasda Dilçilik İnstitutunun GAMŞ-nın sədri vəzifəsində seçki keçirilib.

Səsvermə nəticəsində filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov AMEA Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ-nın sədri, Təranə Şükürlü və Rasim Heydərov isə müavin seçiliblər.
 
Qeyd edək ki, GAMŞ-nın sədri vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi.
 





22.01.2016    çap et  çap et