525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- Uzun müddət qəzetimizdə silsilə şəkildə dərc olunan “Yüz gözəl sevgi şeiri” layihəsi oxucularımıza tanışdı. Pərvinin ayrı-ayrı klassik və müasir Azərbaycan, türk şairlərinin şeirlərindən yazdığı esselər oxucuların marağına səbəb oldu. Həmin esselər kitab halında çapa hazırlanır. “Sevdim səni” adlandırılacaq kitaba ön sözü Xalq yazıçısı Anar yazıb. Həmin kitabda bəzi rus şairlərinin dilimizə çevrilmiş sevgi şeirlərinə aid esselər də yer alacaq. Bu esselərdən bir neçəsini oxuculara təqdim edirik.

- "Müəllim kimdir?" - Məşhur türkoloq, uzun müddətdir Türkiyədə yaşayan və yaradıcılıqdan uzaqlaşan Kamil Vəli Nərimanoğlu "Şəbi-yelda" hekayəsindən sonra məxsusi "525-ci qəzet" üçün "müəllim haqqında bilinməyən nəsə" danışır;

- "Yarım əsr tarla nəfəs-nəfəsə" - Əbülfət Mədətoğlunun görkəmli tarzən Həmid Vəkilovun səhnə fəaliyyətinin 50 illiyi ilə bağlı yazısı;

- Yusif Günaydının şeirləri;

- "Şahmat dünyası və ilahə Kaissanın kahinləri" - Siyasi xadim və yazıçı Telman Orucov bu qədim Şərq oyununun tarixindən söhbət açır;

- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;

- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;

- “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - Bədirxan Əhmədli Əli bəy Hüseynzadə irsindən silsilə araşdırmaları davam etdirir;

- "Özünü qoyub, özgəsini ağlayanlar" - Səyyad Ağbabalı;

- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;

- "Elçin yaradıcılığından yazmağın məsuliyyəti"- Nizami Tağısoy Xalq yazıçısı Elçinin yaradıcılığına işıq tutur;

- "Öz yerində olan adam" - Müsəllim Həsənov “Azərbaycan işıqları” qəzetinin baş redaktoru Elşən Əliyevdən danışır;

- "Afaq Məsudun "Həllac Mənsur"u" - ədəbiyyatşünas Nizami Cəfərov yazır;

- "Türkologiya elminə ağır itki" - filoloq, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev türkoloq-alim Georq Hazainin həyat və yaradıcılığından söz açır;

- “Kişini idarə etmək maşını idarə etməkdən daha asandır” - Əməkdaşımız Aysel Xıdırovanın həmsöhbəti bu dəfə xanım sürücüdür;

- Prezident Davosda nikbin proqnozlar verdi: “Biz bu vəziyyətdən çıxacağıq” - Şərh;

- “İndi dadlı söz də hamıda yoxdu!” - Görkəmli şair Musa Yaqub gənc şair Ruslan Dost Əliyə xeyir-dua verir;

- Kamal Abdullayev: “Bizdə ermənifobiya yoxdur”;

- Gənc Ədiblər Məktəbi-3 başlandı;

- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

 





23.01.2016    çap et  çap et