525.Az

"İstanbulda intihar etdiyi güman edilən Fəxrəddin Əliyev Nazirliyin əməkdaşı deyil"


 

"İstanbulda intihar etdiyi güman edilən Fəxrəddin Əliyev Nazirliyin əməkdaşı deyil"<b style="color:red"></b>

Xarici İşlər Nazirliyi İstanbulda intihar etdiyi güman edilən Azərbaycan vətəndaşı Fəxrəddin Əliyevin diplomat olması ilə bağlı məsələyə aydınlıq gətirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı kimi təqdim olunan Fəxrəddin Əliyev XİN sistemində çalışmayıb.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-lərinin bu gün yaydığı xəbərə görə, F.Əliyev bu gün güllə atmaq üçün poliqona gedib. Poliqonda hədəfləri vuran F.Əliyev sonda özünü öldürüb. Hazırda aiddiyyəti qurumlar hadisənin təfərrüatlarını araşdırırlar.

 





23.01.2016    çap et  çap et