525.Az

Azərbaycandan Türkiyənin daha iki hava limanına birbaşa uçuşlar həyata keçiriləcək


 

Azərbaycandan Türkiyənin daha iki hava limanına birbaşa uçuşlar həyata keçiriləcək<b style="color:red"></b> Azərbaycandan Türkiyənin Qazipaşa və Alanya hava limanlarına birbaşa aviareyslər həyata keçiriləcək.

“APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.
 
M. Çavuşoğlu Qazipaşa və Alanyaya birbaşa aviareyslərin Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək.
 
Türkiyə XİN rəhbəri Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslərin həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda məsələ ilə bağlı danışıqlar davam edir.
 





23.01.2016    çap et  çap et