525.Az

Nuşirəvan Məhərrəmli: “Bu gün ən çox qanunları pozan ANS-dir”


 

Nuşirəvan Məhərrəmli: “Bu gün ən çox qanunları pozan ANS-dir”<b style="color:red"></b> “ANS televiziyasının serial çəkilişi ilə bağlı dediklərini qətiyyətlə rədd edirik. Heç bir telekanalla qərəzimiz yoxdur. Azərbaycan prezidentinin sərəncamı ilə serialların çəkilişinə əvvəl 5 milyon, sonra isə 6 milyon manat vəsait ayrılıb. Bu vəsait qəpiyinə qədər telekanallar arasında bölüşdürülüb”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, serial çəkilişi ilə bağlı ANS telekanalına 1 milyon 760 min manat vəsait ayrılıb: “Serial çəkilişi ilə bağlı 1 milyon 800 min manat “Lider”ə, 1 milyon manat 800 min manat “Space” telekanalların ayrılıb. 2015-ci ildə isə “Region” telekanalına 550 min manat vəsait ayrılıb. Telekanal gec yarandığı üçün bu qədər az vəsait ayrılıb”.
 
Şura sədri əlavə edib ki, serial çəkilişi ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə MTRŞ ANS və İctimai televiziyanı məhkəməyə verib: “Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməli idi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı. “Abşeron” serialının adının dəyişdirilməsi ilə bağlı bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.
 
N. Məhərrəmli qeyd edib ki, bu gün ən çox qanunları pozan ANS telekanalıdır: “Bizim verdiyimiz qərarlar qanunlara əsaslanır və biz qərarların doğruluğuna əminik”.a
 





23.01.2016    çap et  çap et