525.Az

İran vətəndaşı Nəsimi rayon Polis İdarəsini məhkəməyə verib


 

İran vətəndaşı Nəsimi rayon Polis İdarəsini məhkəməyə verib<b style="color:red"></b> Azərbaycanda yaşayan İran vətəndaşı Nəsimi rayon Polis İdarəsini məhkəməyə verib.
 
APA-nın məlumatına görə, Azərbaycanda yaşayan Qureyşi Fariya Fatima Ejaz Ahmed qızı şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun iddiasını təmin etməyib.

Həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilməyib. Bundan sonra həmin şəxs Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edərək iddianın təmin edilməsini istəyib. Onun şikayətinə yanvarın  27-də baxılacaq.
 





25.01.2016    çap et  çap et