525.Az

Xırdalandakı 9 saylı məktəbin direktoru, müəllim və valideyn Təhsil Nazirliyinə çağırılıb


 

Xırdalandakı 9 saylı məktəbin direktoru, müəllim və valideyn Təhsil Nazirliyinə çağırılıb<b style="color:red"></b> “Xırdalandakı 9 saylı məktəbdə müəllimin şagirdi döyməsi faktı oktyabr ayında baş verib”.

Bunu APA-ya açıqlamasında Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidməti Anar Nağıyev deyib.
 
O bildirib ki, hazırda valideyn, müəllim və direktor Təhsil Nazirliyindədir: “Onların izahatları alınır”.
 
A. Nağıyev qeyd edib ki, müəllim və valideyn qohumdurlar: “Çox maraqlıdır ki, videonu da valideyn çəkib”. 
 
Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video yayılıb. Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
 





25.01.2016    çap et  çap et