525.Az

"Qərbsayağı demokratiya modelini zorla ölkələrə tətbiq etdirməməliyik”


 

"Qərbsayağı demokratiya modelini zorla ölkələrə tətbiq etdirməməliyik”<b style="color:red"></b> “Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram”.

APA-nın Avropa müxbirinin məlumatına görə, bunu bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasıın ilk plenar iclasında qurumun yeni seçilmiş sədri Pedro Aqramunt bəyan edib.
 
“Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik”, - deyə o vurğulayıb.
 





25.01.2016    çap et  çap et