Prezident İlham Əliyev Aftandil Eynulla oğlu İsrafilovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda Aftandil İsrafilovun Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edildiyi bildirilib.